Sabunçu rayonunda güclü yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Sabunçu rayonunda güclü yanğın baş verdi

Hadisə

19 İyul 2026 19:15 171


Bakı şəhəri, Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində yeddi hektar sahədə quru ot və kol-kos yanıb. pizza mizza

Ətraf ərazilər yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğının söndürülməsi tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 5 ədəd texnikası və 26 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!