Şagird həmcinsini niyə alçaltdığının səbəbini dedi

saytların hazırlanması

Evə çatdırılma

Şagird həmcinsini niyə alçaltdığının səbəbini dedi

Sosial

20 Fevral 2024 13:03 62203


Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdinin həmcinsinə qarşı etdiyi zorakılıq halı ilə bağlı videonu dünən gördük və dərhal bu barədə Elm və Təhsil Nazirliyinə, aidiyyatı qurumlara məlumat verilib. 

AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O qeyd edib ki, bu gün məktəbdə valideynlər və şagirdlərlə görüş planlaşdırılsa da, reallaşmayıbı:

"Təəssüflər olsun ki, görüşümüz olmadı. Bu, valideyn məsuliyyətinin aşağı olmasının göstəricisidir. Videoda zorakılıq halı var və bu, xoşagəlməz vəziyyətdir. Araşdırmamıza əsasən zorakılığa məruz qalan qız 9-cu sinifə qədər burada oxuyub, zorakılıq edən isə hələ də bu məktəbin şagirdidir. 11-ci sinif şagirdinin verdiyi ilkin məlumata görə, bulinqə məruz qalan qız ona qarşı daha əvvəl sosial şəbəkələrdə, elektron platformada zorakılıq edib. Bu yolla sanki ondan əvəzini çıxıb". Marqarita pizza

G.Səfərova bildirib ki, 156 nömrəli məktəb şagird davranış qaydalarını pilot həyata keçirən təhsil ocağıdır.

"Bu qaydalara doğru əməl olunması, məktəb rəhbərliyinin verdiyi reaksiya və görülən tədbirlərin qanunverciyliyə uyğun olub-olmamasını yoxlayırıq".

Qeyd edək ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb . İstintaq hərəkətləri davam etdirilir. Xəzər rayonu 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılovanın verdiyi məlumata görə, şagird həmcinsi ilə zarafat etdiyini deyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    İndidə zorakılıq edən uşağı vəziyyətdən çıxarmaq üçün bir çox bəhanələr gəzirlər.Məktəb direktoru demişdi ki, guya zarafat ediblər,sonra ictimai qınağı gördükdən sonra indidə döyülən uşağın özünü borclu çıxarmaq istəyirlər.Ona görə ki,döyən,təhqir edən,ləyaqətini qız,imkanlı ailənin övladədı.Vallah çox biabırçı vəziyyətdə yaşayırıq.Əgər təhsil sistemi bu gündədirsə,gör digər dövlət strukturları hansı gündədir.FHN hadisəsi və digər olanlar göz önündədir.DİN həmin uşaqlar barəsində ciddi ölçü götürsə yaxşı olardı,nəinki hadisənin örtbasdır edilməsi.
    2 years ago
  • Xeyale
    Yengesi gulym olanin başina külüm olar. Direktor buna zarafat deye dile getire bilirse hele cox şey eşideceyik bu cur şagirdlerden
    2 years ago
  • İbrahim
    Bu hadisə çox dəhşətli bir faktdır. Mən orta məktəbdə 1966-1976 cı illərdə sinifkom olmuşam və bu müddətdə çalışmışam ki sinifimizdə nizam intizam olsun. Başqa sinifdən olan uşaqların bizim sinif qızlarına heç vaxt sataşmalarına belə yol verməmişik. Orda oğlanlarda dayanıb tamaşa edirlər. Yerə soxsunlar boyunuzu. Hədələr.
    2 years ago
  • Ramiz
    Valideyinlərinin başları qeybətdən açılsa övladlarına tərbiyə verməyə kifayət qədər vaxtları olacaq buna əmin olun.
    2 years ago
  • Əhmədağa
    Gələcəyin anası ola biləcəklərin bu günki davranışları bizləri heçdə işıqlı olmayan gələcəyin gözlədiyndən xəbər verir. Zarafat deyib keçməmək lazımdır. Böyük problemdir, tək ailə və məktəb müəssisələri ilə aradan qaldırılamayacaq qədər böyük problemdir və dövlət miqyasında həll edilməlidir məncə.
    2 years ago