Valideynlərin diqqətinə! - Bunlar   TƏHLÜKƏLİ XƏSTƏLİK ƏLAMƏTİDİR

saytların hazırlanması

Evə çatdırılma

Valideynlərin diqqətinə! - Bunlar TƏHLÜKƏLİ XƏSTƏLİK ƏLAMƏTİDİR

Sağlamlıq

17 Oktyabr 2026 22:58 196


Uşaqlarda dəri səpkiləri müxtəlif səbəblərdən yarana bilər. Bu dəyişikliklər virus infeksiyaları, allergik reaksiyalar, ekzema, göbələk infeksiyaları və digər xəstəliklərlə əlaqəli ola bilər.

“Yeni Sabah” xəbər verir ki, dəri səpkilərinin düzgün qiymətləndirilməsi xəstəliyin səbəbinin müəyyənləşdirilməsi və uyğun müalicənin seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislərin fikrincə, səpkinin nə zaman başladığı, qaşınma ilə müşayiət olunub-olunmadığı, uşağın hərarətinin yüksəlib-yüksəlmədiyi, səpkilərin bədənin hansı nahiyələrində yarandığı və nə qədər sürətlə yayıldığı diaqnozun müəyyənləşdirilməsində vacib amillərdir. pizza hut

Xüsusilə səpkilərlə yanaşı yüksək hərarət, uşağın ümumi vəziyyətində pisləşmə, nəfəsalma çətinliyi və ya üz və dodaq nahiyəsində şişkinlik müşahidə edilərsə, təcili tibbi yardım almaq lazımdır.

Valideynlər bu cür hallarda özbaşına antibiotiklərdən, hormonal kremlərdən və digər dərman vasitələrindən istifadə etməməlidirlər. Yanlış müalicə uşağın vəziyyətini ağırlaşdıra və düzgün diaqnozun qoyulmasını çətinləşdirə bilər.

Dəri səpkilərinin səbəbinin müəyyənləşdirilməsi və müvafiq müalicənin təyin edilməsi üçün uşağın həkim müayinəsindən keçirilməsi tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!