Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman krallığının İranla rəsmi siyasi danışıqlara hazır olduğunu bildirib.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bəyan edib.
Onun sözlərinə görə, İraqın xarici işlər naziri Fuad Hüseyn iyulun ortalarında ərəb liderləri və ABŞ prezidentinin Ciddədə keçirdiyi son zirvə görüşündən sonra iranlı vəzifədaşı Hüseyn Əmir Abdullahianla əlaqə saxlayıb. Toyuqlu pizza
İran və Səudiyyə Ərəbistanı arasında İraqın ev sahibliyi etdiyi beş raund danışıqların "yaxşı və ümidverici nəticələrinə" işarə edən Kənani deyib ki, yüksək səviyyəli bir iraqlı diplomat iranlı həmkarına bin Salmanın Ciddə sammitinin kənarında Ər-Riyadın hazır olduğunu bəyan etdiyini deyib.
“Siyasi və rəsmi səviyyədə Səudiyyə Ərəbistanı ilə növbəti görüş üçün zəmin hazırlanıb. Biz həmçinin İraq hökumətinə göstərdiyi müsbət rola görə təşəkkür edirik”, - deyə XİN sözçüsü əlavə edib.
Telegram kanalımız