Şairə Röyanın villasından danışdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Şairə Röyanın villasından danışdı - Video

Şou

15 Yanvar 2021 14:00 1368


Tanınmış şairə Nazilə Səfərli Xalq artisti Röya Ayxanın tikdirdiyi villadan danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində qonaq olan şairə aparıcının “Röyanın evinin şəklini sildin. Qorxdun?"  sualına belə cavab verib:

“Adamın evini göstərməklə nə olur ki? Mən Röya Ayxanın darvazasını çəkmişdim. Maşallah, mənim öz evim də balaca deyil. Gözüm yoxdur ki, xalqın evini görməmiş kimi çəkim. Mənim evim Novxanıdadır. Mərtəbəmiz də demək olar eynidir, mənim evimə nə olub? Mən Röyanın evini paparazzi kimi çəkməmişəm. Həyətdə iki ev var idi, biri yəqin ki, gözətçilər üçündür”. Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!