Kolumbiyalı pop ulduz Şakira İspaniyada 14,5 milyon avro vergidən yayınmada ittiham olunur.
İttiham təsdiqlənərsə, müğənnini 8 il həbs cəzası gözləyir. İspaniyanın "El Pais"qəzetinə görə, Şakira özü itihamları qəbul etmir.
Prokurorluq hesab edir ki, Şakira 2012-2014-cü illərdə İspaniyada yaşadığı müddətdə vergi ödəməyib. Dominos pizza
Müğənni və müdafiəçiləri onun bu illər ərzində İspaniyada olmadığını deyirlər. Bununla belə, İspaniya prokurorluğu onun 2012-ci ildə İspaniyada ev aldığını iddia edir. Bir il sonra orada oğlu dünyaya gəldi.
Prokurorluq onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və təxminən 24 milyon avro cərimələnməsini tələb edir.
Şakiranın vəkilləri onun günahsız olduğunu bildirirlər.
İspaniyada ilk məhkəmə iclasının vaxtı hələ açıqlanmayıb.
Şakira İspaniya futbol klubu"Barselona"nın futbolçusu Gerard Pike ilə 2011-ci ildən birlikdədir. Rəsmi olaraq 2015-ci ildən İspaniyada yaşayır və iki oğlu var. Bir ay əvvəl isə cütlük ayrılmaq qərarını açıqlayıb.
Telegram kanalımız