Salyanda avtomobildən yıxılan qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobildən yıxılan qadın öldü

Hadisə

02 İyul 2023 22:33 1220


Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çırpılıb, hadisə yerində ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Plastik yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çırpılıb. Sezar pizza

Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!