28 May - 16:50
Salyanda faciə: Montyoru “tok“ vurub öldürdü

Salyanda faciə: Montyoru “tok“ vurub öldürdü

Hadisə

28 Yan 2022 09:17


Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Salyan rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

 

 


Youtube kanalımız


Digər xəbərlər