Salyanda partlamamış mərmilər tapılıb.
Yenisabah.az xəbər verir ki, rayonun Dayıkənd kəndi ərazisində kollektor qazıntısı aparılarkən 29 ədəd partlamamış mərmi aşkarlanıb.
Hadisədən sonra ərazidə qazıntı işləri dayandırılıb və aidiyyati qurumlara məlumat verilib. pizza
Əraziyə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Telegram kanalımız