Salyanda qəza: 5 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Salyanda qəza: 5 nəfər xəsarət aldı

Hadisə

22 İyun 2026 14:19 150


Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

"Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Sabirabad rayon sakini Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Sezar pizza

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!