Şamaxıda üçüncü zəlzələ: Əhali hiss etdi...

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda üçüncü zəlzələ: Əhali hiss etdi...

Hadisə

06 İyun 2025 10:53 2304


Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Xatırladaq ki, bu gün Şamaxı rayonunda yerli vaxtla 06:40-da, ötən gün isə bir neçə dəfə yeraltı təkanlar olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!