Samirə Əfəndi “Avroviziya“dan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Samirə Əfəndi “Avroviziya“dan danışdı

Şou

28 May 2021 11:16 1091


Azərbaycanı "Eurovision 2021"də təmsil edən Samirə Əfəndi yarışma ilə bağlı təəssüratlarını bölüşüb.

Yenisabah.az xəbər verir ki, sənətçi böyük təcrübə qazandığını deyib:

"Hər bir müsabiqədə yaddaşlarda qalmaq və auditoriyanın sevgisini qazanmaq, bu bir musiqi müsabiqəsidirsə, sənin mahnının səslənməsi vacibdir. Çox xoşbəxtəm ki, hər ikisinə nail olmuşam. Bütün komandama, bu günə qədər məni çox dəstəkləyən dinləyicilərimə təşəkkür edirəm. Ən əsası isə bu təcrübəni, yeni dostlar və dinləyicilər əldə etdiyimə görə "Avroviziya" müsabiqəsinə minnətdaram". Marqarita pizza

Qeyd edək ki, Samirə ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edib. O, 65 xalla 20-ci sırada qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!