Avroviziya təmsilçimiz Samirə Əfəndi həmkarı Nigar Camalla bağlı etiraflar edib.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “10-da görüşək” proqramının qonağı olan Samirə hələ uşaq yaşlarından beynəlxalq yarışmaya qatılmaq arzusunda olduğunu deyib:
"İlk dəfə “Avroviziya” müsabiqəsinə baxanda TATU qrupunu sevdim. Təxminən 2003-cü il idi. Onda “Avroviziya” səhnəsinə həvəsləndim. Lakin uşaq idim, 10 yaşım var idi.Sonra Samirlə Elnurun bu mötəbər yarışa getməsi məni daha da həvəsləndirdi. Sizə bir etiraf edim: Eldarla Nigar gedəndə isə fikriləşirdim ki, Nigarın yerində o səhnədə mən olmalı idim". Dominos pizza
Telegram kanalımız