Samirə ƏliMəryəm övladı Məryəmin idmana olan marağı ilə bağlı danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, “Qonaqcanlı” verilişində qızının futbola həvəsinin hələ kiçik yaşlarından özünü göstərdiyini bildirib.
Müğənni əvvəlcə bunun sadəcə uşaq marağı olduğunu düşünüb, amma zaman keçdikcə vəziyyətin fərqli olduğunu anlayıb: Marqarita pizza
“Qızım 3 yaşından topla ora-bura qaçırdı. Düşünürdüm ki, uşaqdır deyə, xoşuna gəlir. Sonra gördüm ki, bu həvəs artır. Təbii olaraq onun futbolçu olmasını istəmirdim. Qızdır, həm də çətin idman növüdür. Bir kəlmə dedi ki, arzularımı puç etmə. Bu sözü məni kövrəltdi.
Artıq 3 ilə yaxındır ki, peşəkar futbolla məşğuldur. Nə dərəcədə yaxşı futbolçu olduğunu zaman göstərəcək. İndi də deyir ki, məni kunq-fuya qoy. Hər ikisi ilə məşğul olmaq istəyir”.
Telegram kanalımız