7 İyul - 02:39
Saqatelyan: “Binaları mühasirədə saxlamaq mənasızdır“

Saqatelyan: “Binaları mühasirədə saxlamaq mənasızdır“

Bölgə

25 May 2022 14:02 740


İrəvanda “Müqavimət” hərəkatının üzvləri Ermənistan prezidentinin iqamətgahına, eləcə də Təhlükəsizlik Şurasının binasına girişləri açıblar.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyan bildirib.

Etirazçılar Təhlükəsizlik Şurasının binalarına girişləri bağlamaq hərəkətləri nəticəsində prezidentin, eləcə də Təhlükəsizlik Şurasının əməkdaşları binaya daxil ola bilməyiblər.

Vitse-spiker əlavə edib ki, hər iki binada insan olmadığı üçün binaları mühasirədə saxlamaq mənasızdır:

“Mən hazırda Təhlükəsizlik Şurasının binasının qarşısında, eyni zamanda, Prezident Sarayının girişlərində olan digər soydaşlarımızı blokadaya son qoymağa və başqa insanları itaətsizlik aktlarını davam etdirməkdə bizə qoşulmağa çağırıram.

Biz eyni şəkildə yolumuza davam etməliyik, təzyiqləri, eləcə də itaətsizlik, etirazların həcmini və sayını artırmalıyıq. Çünki bu, məqsədlərimizə çatmaq üçün qələbə düsturumuzun əsas yol xəritəsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!