Şəhərdəki ayılar evlərinə döndü

saytların hazırlanması

Evə çatdırılma

Şəhərdəki ayılar evlərinə döndü

Sosial

08 Oktyabr 2021 16:33 1059


Balakənin Mahamalar kəndində görünən qonur ayı balaları meşəyə qayıdıb. Bu gün səhər saatlarında Balakənin Mahamalar kəndində görüntülənən ayı balalarının təxminən iki yaşı var.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O qeyd edib ki, ayılar instinkt olaraq iki yaşdan sonra balalarını özündən ayırır: "Belə olduqda həmin ayılar sərbəst vərdişlərə yiyələnməyə çalışırlar. İndi meyvə mövsümü olduğundan çox güman ki ayılar yem axtarmaq üçün meyvə bağlarına üz tutublar. Orada itlərdən hürküb şəhər mərkəzinə gəliblər. pizza mizza

Belə halda insanların ayılara yaxınlaşmamağı məsləhətdir ki, heyvanlar ərazidən çıxsınlar. Belə ki, avtomobil heyvanları təqib edəndə onlarda aqressiya yaranır. Əgər onlara heç bir müdaxilə olunmasa, bala ayılar təhlükəli deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!