Şəhid Elçin Kərimbəyli “Tərəqqi” liseyində ehtiramla anıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Elçin Kərimbəyli “Tərəqqi” liseyində ehtiramla anıldı

Sosial

23 Aprel 2026 13:40 83


Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin anım günü “Tərəqqi” liseyində qeyd edilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə əvvəlcə şəhid Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, önünə gül dəstələri düzülüb.

Bildirilib ki, Elçin Kərimbəyli 20 aprel 2011-ci ildə döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Tədbir zamanı şəhidin Vətən uğrunda göstərdiyi igidlikdən bəhs olunub, onun xatirəsinin hər zaman ehtiramla anıldığı vurğulanıb.

Qeyd edək ki, Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil almışdı.

Ailədə 2 qardaş idilər.  20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!