Şəhid kapitan doğum günündə anıldı
26 Fev 2021 16:27
271

Şəhid kapitan doğum günündə anıldı

Bu gün aprel döyüşlərində şəhid olan kapitan Nəcməddin Savalanovun doğum günüdür. Şəhidin ad günü Xocalı faciəsinin ildönümünə təsadüf edir.

Yenisabah.az xəbər verir ki, Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Kapitan Nəcməddin Savalanov 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Daha sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb.

2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Bu gün yaxınları şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər