Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə yeni müavin təyin olub.
“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, muxtar respublikanın Baş nazirinin sentyabrın 28 də imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Səhiyyə nazirin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyətinin ilk dövründə yerli icra hakimiyyəti orqanı və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib. pizza mizza
Telegram kanalımız