Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib. Pepperoni pizza
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./Oxu.az
Telegram kanalımız