Şəkidə leysan yağdı, sürücülər yolda qaldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə leysan yağdı, sürücülər yolda qaldı - VİDEO

Hadisə

13 Avqust 2026 09:44 79


Dünən axşam saatlarında Şəki rayonunda yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, güclü sel suları Kiş kəndindən istirahət mərkəzinə gedən avtomobil yoluna bol miqdarda palçıq və çınqıl qatı gətirib.

Hadisə nəticəsində ərazidə nəqliyyatın hərəkəti kəskin məhdudlaşıb. Bir neçə avtomobil selin gətirdiyi lil qatına bataraq yolda qalıb. Təhlükəli zonada sıxılıb qalan nəqliyyat vasitələri və sürüclər yerli sakinlərin köməyi ilə ərazidən təxliyə edilib. pizza sifarişi

Hazırda yolun çınqıl və lildən təmizlənməsi, hərəkətin bərpası üçün əraziyə ağır texnika cəlb olunub. Yolda qalan vətəndaşların təhlükəsiz daşınması üçün yüksək keçid qabiliyyətli yolsuzluq avtomobillərindən istifadə edilib.

Kanal S-in ərazidən hazırladığı reportajı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!