Şəkiyə yaraşmayan lövhə: Tarixi abidədə nə baş verir? -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şəkiyə yaraşmayan lövhə: Tarixi abidədə nə baş verir? - FOTO

Sosial

27 Avqust 2026 10:25 102


Şəkidə tarixi karvansaralardan birinin qarşısında yerləşdirilən məlumat lövhəsində Azərbaycan, ingilis və rus dillərində yol verilən dil və tərcümə səhvləri diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, lövhədə karvansaranın ikinci mərtəbəsinə girişlə bağlı “Otelin ikinci mərtəbəsi baxışa daxil deyil” ifadəsi yazılıb.

Burada ilk diqqətçəkən məqam karvansara ilə hotelin eyni məna daşımamasıdır. Bundan başqa, “baxışa daxil deyil” ifadəsi də bu kontekstdə düzgün işlədilməyib. Daha uyğun variant “İkinci mərtəbəyə giriş qadağandır” ola bilər. pizza mizza

İngilis dilində isə bu cümlənin tərcüməsi də uğurlu alınmayıb. “No entry to the second floor” və ya “Entry to the second floor is prohibited” ifadələri daha düzgün variantlar hesab olunur.

Lövhənin digər hissələrində də ingilis və rus dillərində qrammatik və tərcümə qüsurları yer alıb. Turistlərin ziyarət etdiyi tarixi məkanda məlumatların müxtəlif dillərdə düzgün və peşəkar şəkildə təqdim olunması gözləniləndir.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!