İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunur. Toyuqlu pizza
11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.
Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovun salatdan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.
Telegram kanalımız