Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, habelə incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək.
“Yeni Sabah” xəbər verir ki, imtahanda iştirak etmək üçün 1350 namizəd (121 nəfər direktor, direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib.
İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (görmə məhdudiyyətli) namizəd də iştirak edəcək. Toyuqlu pizza
Telegram kanalımız