“Sənə arvadlıqdan dərs keçərəm!” – Banka davası

saytların hazırlanması

Evə çatdırılma

“Sənə arvadlıqdan dərs keçərəm!” – Banka davası

Şou

27 Avqust 2025 09:41 27899


Müğənni Ofelya Şabanova və şairə Nazilə Səfərli arasında gərginlik yaşanıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb Nazilənin əncir mürəbbəsi bişirərək, həmin fotonu Ofelyaya göndərməsi olub. Şairə bu yolla müğənniyə bacarıqsız olduğu mesajını çatdırmaq istəyib.

Ofelya isə cavabında hazırladığı bankaların videosunu sosial şəbəkədə paylaşaraq bildirib: "Sənə arvadlıqdan dərs keçərəm, Nazilə Səfərli. İstəsən, yarışa bilərik." Dominos pizza

Bundan sonra ikilinin qarşılıqlı atmacaları davam edib.

Nazilə paylaşımında yazıb: "Sənin bankalarını Ceyhun bağlayıb. Sənin nə canın var".

Müğənni isə buna cavab olaraq deyib: "Bizdə kişilər ancaq pul gətirir, arvadlar da bişirib, düşürür".

Ofelya Şabanova və Nazilə Səfərli yaxın dostdurlar. Onlar tez-tez bu cür atmacaları ilə gündəmə gəlirlər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!