Sənəd qəbulu başa çatdı - 7 min abituriyent ərizəsini təsdiqləməyib

saytların hazırlanması

Evə çatdırılma

Sənəd qəbulu başa çatdı - 7 min abituriyent ərizəsini təsdiqləməyib

Sosial

16 Mart 2023 09:53 672


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. 

Bu barədə Yenisabah.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib. 

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il 1 martda başlayıb və 15 mart saat 23:59-da yekunlaşıb.  pizza hut

Son məlumatlara görə, 105 mindən çox abituriyent öz ərizəsini təsdiq edib. 7000-ə yaxın abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, onu təsdiq etməyib. 

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!