Sentyabrın 21-dək bunu etməyənlər   40 manat CƏRİMƏ EDİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK

İqtisadiyyat

18 Sentyabr 2026 15:06 290


21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür.

Bu barədə "Yeni Sabah"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir: Marqarita pizza

uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəmə mənbəyində tutulan vergi;

əlavə dəyər vergisi;

aksizlər;

yol vergisi;

mədən vergisi;

daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi;

pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi.

Qeyd edilib ki, hesabat dövrü üzrə vergi tutulan və ya vergi tutulan əməliyyatlar aparan, vergi tutma obyekti olan ödəyicilər tərəfindən bəyannamənin müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!