Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Sentyabrın 27-də Bakıda müalicələrim başlayacaq”
21 Sen 2021 19:57
840

“Sentyabrın 27-də Bakıda müalicələrim başlayacaq”

Xəbər verdiyimiz kimi Vətən müharibəsi zamanı ağır yaralanan Cəlilabad rayon Göytəpə qəsəbə sakini Fariz Hidayət oğlu Ağayevin problemi aidiyyatı qurumlar tərəfindən nəzarətə götürüldü. Bununla yanaşı, qazinin evinə yollanan ictimai fəallar vətənsevər insanlar tərəfindən göndərilən maliyyə yardımını da qaziyə çatdırdılar. 

Görüntülərdən də məlum olur ki, qazinin məişət şəraiti çox pisdir. Balaca təmirsiz evdə yaşayır. Evin elektrik naqilləri adamın başına dəyir. Təbii ki, bütün bu problemlər qaziyə edilən maliyyə yardımı nəticəsində aradan qaldırılacaq.

Yenisabah.az xəbər verir ki, Fariz Ağayev problemiylə bağlı Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovla da görüşdüyünü bildirib:

“Sentyabrın 27-də Bakıya xəstəxanaya gələcəm orda bir müddət xəstəxanada yatıb müalicə olunacam. Məişət şəraitimin yaxşılaşdırılması üçün köməkliklər olunub və inanıram ki, hər şey yaxşı olacaq. Göytəpə bələdiyyəsinin sədri də evimə baş çəkib. Özüm isə gedib icra başçımız Rafiq Cəlilovla da görüşdüm və ona da problemlərimi danışdım. Rafiq müəllimə də təşəkkür edirəm və mənə köməklik edəcəyini bildirdi”-deyə qazi bildirib./Moderator.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər