SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi

Dünya

27 Sentyabr 2026 17:50 122


İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ABŞ-nin özühərəkət edən sualtı vasitəsini ələ keçirdiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Tutulan vasitənin ABŞ tərəfindən bölgədə kəşfiyyat üçün istifadə edildiyi iddia olunur. Marqarita pizza

İran ordusu ələ keçirilən dərin dəniz pilotsuz aparatını müasir ağıllı sualtı platformalar sinfi olan "Remus 600" kimi müəyyən edib. Hadisə ilə bağlı şərh verən SEPAH Hərbi Dəniz Qüvvələri İranın Hörmüzdə "icazəsiz marşrutlar boyunca" istənilən hərəkətin və əməliyyatın qarşısını almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!