SEPAH ABŞ və İsrail gəmisini raketlə vurdu

saytların hazırlanması

Evə çatdırılma

SEPAH ABŞ və İsrail gəmisini raketlə vurdu

Dünya

02 İyun 2026 00:56 90


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin hücumlarına cavab tədbirləri çərçivəsində ABŞ və İsrailə məxsus "MSC Sariska" adlı gəmiyə qanadlı raketlə zərbə endirdiyini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Dövlət Teleradio Şirkəti məlumat yayıb.

"ABŞ ordusunun Oman dənizi bölgəsində İrana məxsus "Lian Star" gəmisinə qarşı təcavüzkar hücumunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri cavab əməliyyatı çərçivəsində düşmən ABŞ-İsrailə məxsus "MSC Sariska" gəmisinə qanadlı raketlə zərbə endirib", - deyə SEPAH-ın bəyanatında bildirilir. pizza hut

Mayın 30-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan etmişdi ki, ABŞ silahlı qüvvələri İran limanına doğru hərəkət edən "Lian Star" quru yük gəmisinə "Hellfire" raketi ilə zərbə endirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!