Şərur rayonunun Püsyan kəndində şəhid leytenant Məmməd Zamanlının xatirəsinə inşa edilmiş bulaq-abidənin açılışı olub.
"Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid leytenant Məmməd Zamanlının məzarı ziyarət olunub, Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. pizza hut
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şərurlu döyüşçülərin Vətən müharibəsindəki qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan şərəfli ömür yolundan danışıb.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov çıxış edərək bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov 44 günlük Vətən müharibəsində düşməni məhv edən hərbçilərimizin şəhidlərin qanını yerdə qoymadığını, torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Tədbirdəki digər çıxış edənlər şəhid adının ucalığından, qəhrəmanlarımızın şanlı döyüş yolundan və şücaətindən söhbət açıblar.
Şəhid atası Rəhman Zamanlı qəhrəman övladının xatirəsinə ucaldılan abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonra şəhidin xatirəsinə həsr olunmuş bulaq-abidə kompleksinin açılışı olub, xatirə şəkilləri çəkilib. Bulaq-abidənin yerləşdiyi ərazidə bağ salınıb, ətrafda geniş yaşıllıq yaradılıb.
Telegram kanalımız