Məşhur türkiyəli müğənni Sıla Bakıya gəlib.
Yenisabah.az xəbər verir ki, Sıla hava limanında bu gün Bakı Konqres Mərkəzində baş tutacaq konserti haqqında danışıb:
"Bakıdakı ilk konsertimdən uzun zaman keçib. O vaxtdan indiyə xeyli dəyişiklik olub. Bu axşam bütün yeniliklərimi təqdim edəcəm". Toyuqlu pizza
Sıla uğurlu ifaçı olması ilə bağlı suala isə belə cavab verib: “Uğurlu olmaq problemli məsələ deyil, uğurlu qalmaq çətin məsələdir. Bunun üçün də xeyli çalışıram”.
Qeyd edək ki, konsert “Anadolu Events”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq./Teleqraf
Telegram kanalımız