18 Avqust - 05:27
Şimali Koreya ABŞ-ı hədələdi

Şimali Koreya ABŞ-ı hədələdi

Dünya

06 Avqust 2022 16:46 631


Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Ço En Sam ABŞ-ı “anti- Şimali Koreya ” siyasətində ittiham edib və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Cənubi Koreyaya səfərinə görə qisas alacağı ilə hədələyib.

Yenisabah.az xəbər verir ki, bu bəyanatı KXDR-in dövlət xəbər agentliyi yayıb.

Ço En-sam iddia edir ki, Pelosi Cənubi Koreyaya “qarşıdurma mühitini qızışdırmaq” üçün gəlib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin, onu da bildirib ki, ABŞ “anti-KXDR” siyasəti yürüdür. Spiker Pelosini “beynəlxalq sülh və sabitliyin ən böyük dağıdıcısı” adlandırıb.

Bundan əlavə, XİN iddia edir ki, amerikalı siyasətçinin Tayvana səfəri ilə Çin xalqının qəzəbinə səbəb olub və bundan əvvəl o, bu ilin aprelində Ukraynaya səfəri ilə “anti-Rusiya qarşıdurma mühitini” qızışdırıb.

XİN sözçüsü bildirib ki, ABŞ Pelosinin getdiyi yerdə təhrik etdiyinə görə “ödənişini ödəməli olacaq”. 

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Cənubi Koreya ilə KXDR arasında hərbisizləşdirilmiş zonaya səfər etmişdi. Səfər onun Asiya turnesi çərçivəsində baş tutub. Proqrama Yaponiya, Malayziya, Tayvan və Sinqapura səfərlər də daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!