Bu ilin ikinci yarısında “AccessBank” QSC-də hüquqi şəxslərə məxsus depozitlərin həcmi kəskin azalıb.
“Yeni Sabah” Plat.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sonunda hüquqi şəxslərin AccessBank-dakı depozitləri 239 milyon 194 min manat olub.
2026-cı il iyunun 30-na bu göstərici 190 milyon 615 min manata düşüb. Beləliklə, hüquqi şəxslərin bankdakı depozitləri altı ay ərzində 48 milyon 579 min manat və ya 20,3% azalıb. Toyuqlu pizza
Ötən ilin eyni dövrü ilə müqayisədə isə, hüquqi şəxslərin bankdakı depozitlərinin həcmi 18% azalıb.
Fiziki şəxslərin depozitlərində isə ciddi dəyişiklik qeydə alınmayıb. Bu göstərici 893 milyon 187 min manatdan 894 milyon 13 min manata yüksəlib.
Telegram kanalımız