Sisi: “Fələstin dövləti qurulmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

Sisi: “Fələstin dövləti qurulmalıdır”

Dünya

06 Oktyabr 2026 09:19 92


Misir Prezidenti Əbdülfəttah əs-Sisi regionda dərinləşən siyasi və hərbi gərginlik fonunda ölkəsinin strateji mövqeyini əks etdirən mühüm bəyanatlarla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı ərəb xalqlarının suverenliyinin, eləcə də Körfəz bölgəsinin təhlükəsizliyinin Misirin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olduğunu və qətiyyətlə müdafiə ediləcəyini vurğulayıb. Eyni zamanda, milli maraqların qorunmasına diqqət çəkən əs-Sisi Misirin Nil çayı ilə bağlı həyati əhəmiyyət kəsb edən su hüquqlarının heç bir halda pozulmasına icazə verilməyəcəyini bəyan edib.

Yaxın Şərqdə sülhün bərqərar olunması şərtlərinə toxunan Misir lideri müstəqil Fələstin dövlətinin kurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. Əbdülfəttah əs-Sisi Qəzzada hərbi əməliyyatların dayandırılması üçün ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi atəşkəs planının heç bir yayındırma olmadan, tam şəkildə həyata keçirilməsinin zəruri olduğunu xüsusi qeyd edib. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!