Misir və Suriya diplomatik münasibətlərin bərpası və bu ayın sonunda iki ölkə prezidentləri arasında mümkün görüşün keçirilməsi üçün danışıqlar aparır.
Yenisabah.az "The Wall Street Journal"a istinadla xəbər verir ki, bu barədə ABŞ nəşrinin mənbələri məlumat yayıb.
Mənbələr Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Suriya prezidenti Bəşər Əsədin Ramazan ayından sonra, aprelin sonunda görüşə biləcəyini, lakin bu görüşün vaxtı və yerinin hələ müəyyən edilmədiyini açıqlayıb.
Misir və Suriyanın xarici işlər nazirləri Samih Şükri və vəzifədaşı Faysal Miqdad arasında qapalı ikitərəfli görüş keçirilib, daha sonra iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar aparılıb və nazirlər iki ölkənin əlaqə kanallarının genişləndirilməsi barədə razılığa gəliblər.
Telegram kanalımız