“Hər bir partiya ictimai birlikdir, yəni qeyri-dövlət qurumudur. Beynəlxalq praktikada dövlət işinə seçilən adamları, namizədləri psixoloji və psixiki müayinədən keçirmək praktikası var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib.
O, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı dinləmələr zamanı Asim Mollazadənin səsləndirdiyi təklifə münasibət bildirib. Xatırladaq ki, deputat siyasi partiya rəhbərlərinin psixoloji durumu da yoxlanılmasını təklif edib. Pepperoni pizza
“Azərbaycanda psixoloji durumun yoxlanılması təcrübəsi Daxili İşlər Nazirliyində mövcuddur. DİN əməkdaşı olmaq istəyənlər müayinədən keçirir. O cümlədən narkoloji müayinədən. Hətta sovet vaxtı DİN-də psixoloji mərkəz var idi və hər bir əməkdaş psixoloji müayinədən keçirdi”, - deyə A. İsazadə izah edib.
Onun sözlərinə görə, siyasi partiya yaratmaq üçün sağlam insan olmağa ehtiyac yoxdur:
“Əgər onu eşidirlərsə, dalınca gedirlərsə, hər bir insan öz ətrafına hansısa qrupu yığa bilər və bu qanunazidd deyil. Yox, əgər söhbət siyasi radikallıqdan, dini radikalizmdən, yaxud hansısa sekta yaratmaqdan gedirsə, bu, başqa məsələ”.
Müsahibimiz əlavə edib ki, ümumiyyətlə, “normallıq” istər psixologiyada, istərsə də psixiatriyada şərti bir anlayışdır.
“Son zamanlar anormal açıqlamalar verən partiya rəhbərləri görmüsünüzmü” sualına müsahibimiz belə cavab verib:
“Kimsə anormal çıxış edib, ya etməyib, bunu konkret demək çətindir. Lakin sualınıza üçün belə deyəcəyəm: eşitməmişəm, amma o demək deyil ki, belə hallar yoxdur. Mən bütün çıxışları yoxlaya bilmərəm.
Ümumi prinsip budur ki, hətta ruhi xəstələr, əgər əlilliyi yoxdursa, dövlət işində işləyə, dərs deyə, hətta ailə belə qura bilər. İşləyə bilmirsə, artıq fərq etmir o ruhi xəstədir, ya da hansısa ayrı xəstəliyi var. Bu zaman ona əlillik verilməlidir. Amma, əgər insanda əlillik yoxdursa, o, hər bir fəaliyyətlə məşğul ola bilər. Lakin güc strukturlarına belə bir diaqnozla götürməzlər, çünki onlarda bu barədə müvafiq yoxlama hələ sovet vaxtından var.
Müstəqillik dövründə “Psixatriyaya haqqında” qanun qəbul olunub. Bu qanuna görə, məsələni xeyli liberallaşdırılıb. Bəzi diaqnozlar artıq qeydiyyatdan çıxarılıb. Burada insan haqları anlayışı var və əgər insan əmək qabiliyyətini itirməyibsə, istənilən fəaliyyətlə məşğul ola bilər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız