SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Ukraynada ehtiyacı olanları qida ilə təmin edir

Dünya

15 Yanvar 2023 16:19 668


Azərbaycan Ukrayna xalqının humanitar ehtiyaclarını qarşılamağa davam edir.

Belə ki, hazırda Dneprdə Şinnaya küçəsi 14 ünvanında yerləşən SOCAR yanacaqdoldurma məntəqəsində ehtiyacı olan hər kəs, xüsusilə də raket atəşinə tuş gələn binanın dağıntıları arasında xilasetmə əməliyyatı aparan xidmətlərin əməkdaşları qida ilə təmin edilir.

Bu barədə Dnepr şəhər administrasiyasının rəhbəri Boris Filatov məlumat yayıb. Dominos pizza

O, özünün “Facebook” səhifəsində polis əməkdaşlarının, xilasedicilərin, həkimlərin və ehtiyacı olan hər kəsin dağılmış evin yaxınlığındakı SOCAR yanacaqdoldurma məntəqəsində dincələ və pulsuz yemək ala biləcəklərini yazıb.

Qeyd edək ki, yanvarın 14-də Dnepr şəhərindəki yaşayış binasına raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, 71 nəfər yaralanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!