İbrahim Tatlısəs səhhəti haqda danışdı:   “Sol əlim işləmir”

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Tatlısəs səhhəti haqda danışdı: “Sol əlim işləmir”

Şou

01 İyul 2022 00:18 1198


Türkiyəli müğənni İbrahim Tatlısəs səhhəti barədə danışıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qüdsdə konsert verən 70 yaşlı sənətçi pərəstişkarlarıyla söhbət etdiyi zaman "Sol əlim işləmir, amma dilim danışır. Dualarınızla ayaqüstəyəm" söyləyib.

Qeyd edək ki, Tatlısəs 14 mart 2011-ci ildə axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!