SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi

Hadisə

28 Sentyabr 2025 14:43 8264


Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytına istinadla xəbər verir.

Bildirilib ki, yeraltı təkanların ocağı 8.4 kilometr dərinlikdə yerləşib.

Kütahya valisi Musa İşın "TRT Haber" telekanalına bildirib ki, zəlzələ yerli vaxtla 12:59-da (Bakı vaxtı ilə saat 13:59 - red.) qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində hələlik dağıntı və insan itkisi barədə məlumat daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!