Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir. Pepperoni pizza
Vurulan vaksinlərin ümumi sayı 13 966 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 061, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 408, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 279 nəfər təşkil edir.
Telegram kanalımız