"Qələbələrim hələ qarşıdadır. Həyatda çox hadisələr olub: övladlarımın doğulması, bu dünyaya qayıtmağım. Allahdan istəyirəm ki, böyük qələbələrim qarşıda olsun".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "Nargis" jurnalına müsahibəsində deyib. Bu günlərdə 50 yaşını qeyd edən aktyor sualları cavablandırıb:
"20, 30, 40 yaşımda başqa yerdə idim. İndi 50 yaşımda da başqa yerdəyəm. Bir şüarım var: heç vaxt təslim olma. İnsan 20, yaşına kimi oxumalıdır, 30 yaşına kimi ailə qurmalıdır, 40 yaşına kimi pul qazanmalıdır, sonra çətin olur. İndi 50 yaşım var, Allahdan istəyirəm, həyatım mənalı olsun. Onda sevgi də, məhəbbət də, hər şey olur". pizza sifarişi
Azərbaycan mətbəcini çox sevdiyini deyən Bağırzadə artıq çəkisindən gileylənib:
"Ona görə də son günlər "begomot"a oxşayıram. Dünyada Azərbaycan mətbəxi 37-ci yerdədir. Onu birə salacağam".
Telegram kanalımız