Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə 126 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son həftədə analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb. Toyuqlu pizza
Azərbaycanda indiyədək ümumilikdə 832 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 132 nəfərdir.
Ölkədə son həftə ərzində 2909, hazırkı dövrədək isə 7 677 476 test aparılıb.
Telegram kanalımız