Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2 hərbi dairənin komandirlərini dəyişdirib.
Yenisabah.az RBC-ya istinadla xəbər verir ki, Cənub Hərbi Dairəsinə general-polkovnik Sergey Kuzovlev, Qərb Hərbi Dairəsinə isə general-leytenant Yevgeni Nikiforov rəhbərlik edəcək.
Kuzovlev 2020-ci ilin noyabrından 2021-ci ilin fevralına qədər Suriyadakı Rusiya Silahlı Qüvvələrinin Qrup Qoşununa, ondan əvvəl isə Qərb və Cənub hərbi dairələrinin bölmələrinə komandanlıq edib. Dominos pizza
Nikiforov isə 2020-ci ildən Şərq Hərbi Dairəsinin komandanının birinci müavini, ondan əvvəl isə Qərb Hərbi Dairəsinin komandanının müavini olub.
Telegram kanalımız