Rusiyanın müdafiə naziri Sergey Şoyqu “xüsusi hərbi əməliyyat” zonasına baş çəkib.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir “Vostok” qruplaşmasının bölmələrindən birinin cəbhə xəttindəki nəzarət məntəqəsində olub. pizza
S. Şoyqu komanda məntəqəsində “Vostok” qrupunun komandiri və qərargah zabitlərinin mövcud vəziyyət, düşmənin əməliyyatlarının xarakteri və əsas taktiki istiqamətlərdə Rusiya qoşunlarının döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə məruzələrini dinləyib.
Qeyd edək ki, 2022-ci ilin martından Rusiya qoşunları Zaporojye vilayətinin yalnız bir hissəsini işğal ediblər. Regional mərkəz Zaporojye şəhəri hələ də Ukraynanın nəzarətindədir.
Telegram kanalımız