"Space" televiziyasına yeni baş direktor təyin edilib.
"Yeni Sabah" manset.az-a istinadla xəbər verir ki, kanal təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.
Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.
"Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.
Telegram kanalımız