"Çin Rusiyaya hərbi yardım göstərərsə, bunun Pekin üçün ciddi nəticələri olacaq".
Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O bildirib: "Mən təfərrüatlara varmayacağam. Yalnız onu deyim ki, Çin bilir ki, dəstək olsa, bunun nəticələri olacaq”. pizza hut
Stoltenberqin sözlərinə görə, NATO xarici işlər nazirləri Asiya-Sakit Okean regionundan olan tərəfdaşları - Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə Ukraynada baş verənləri, eləcə də Rusiya ilə Çinin yaxınlaşmasını müzakirə ediblər:"Bizim Ukraynaya dəstəyimiz kritik olaraq qalır və ümumi maraqlarımızdadır. Biz Çin və Rusiya arasında artan yaxınlaşmanı da müzakirə etdik".
Telegram kanalımız