Stoltenberq: “Finlandiyanın qərarını gözləyəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq: “Finlandiyanın qərarını gözləyəcəyik”

Dünya

31 Mart 2022 18:19 396


"Finlandiya alyansa üzvlük üçün müraciət etmək qərarına gəlsə, sürətli şəkildə üzvlük əldə edə biləcək".

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O, təşkilatın fəaliyyəti ilə bağlı illik hesabatını təqdim edərkən deyib: pizza hut

"NATO hər zaman hər bir xalqın öz yolunu seçmək fundamental hüququnu dəstəkləyib. Finlandiya NATO-nun çox yaxın tərəfdaşıdır. Finlandiya və İsveç Silahlı Qüvvələri NATO standartlarına cavab verir. Əgər onlar müraciət etsələr, mən bunun müsbət qarşılanacağını, üzvlük protokolunun tez bir zamanda razılaşdırmağın yolunun tapılacağını və onların NATO üzvlüyünə doğru irəliləyəcəyini gözləyirəm”.

Baş katib vurğulayıb ki, Finlandiya birliyə qoşulub-qoşulmamaq barəsində özü qərar verməlidir:

“Biz Finlandiya belə bir qərar verənə qədər gözləyəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!