Fransada güclü quraqlıq səbəbindən 40 mindən çox insan evlərində içməli suyun kəsilməsi ilə üzləşib.
“Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqının (Aİ) Yer müşahidə proqramı “Copernicus”un məlumatlarına görə, bu ilin yayında ölkənin böyük hissəsində ciddi quraqlıq hökm sürür. İyulun ortalarına olan məlumata görə, Fransanın ərazisinin 85 faizində quraqlıqla bağlı xəbərdarlıq edilib.
Fransanın Ekoloji Keçid naziri Monik Barbu Parisdə keçirilən böhran toplantısından sonra ölkədəki vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, quraqlıq demək olar ki, bütün Fransanı əhatə edib. Avqustun əvvəlində ölkə ərazisinin 65 faizində müşahidə olunan quraqlığın son 25 ildə yalnız nadir hallarda yaşanan səviyyədə olduğu bildirilib. pizza
Barbu qeyd edib ki, quraqlıq səbəbindən 40 mindən çox insanın evində içməli suyun verilməsi dayandırılıb. Ölkənin bütün bölgələrində sudan istifadəyə müxtəlif məhdudiyyətlər tətbiq olunub.
Nazir bildirib ki, əsas məqsəd Fransanın bütün ərazilərində insanların içməli suya çıxışını təmin etməkdir. Bəzi şəhərlərdə əhaliyə içməli su xüsusi su çənləri və su şüşələri vasitəsilə çatdırılır. Fransada rekord temperatur və yağıntıların azalması səbəbindən su ehtiyatlarının azalması ölkədə ciddi narahatlıq yaradıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız