Sumqayıt İcra Hakimiyyətində 2 nəfər vəzifəsini itirdi

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt İcra Hakimiyyətində 2 nəfər vəzifəsini itirdi

Siyasət

04 Fevral 2026 10:48 559


Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 əməkdaşı vəzifəsindən azad olunub.

"Yeni Sabah" Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib, nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.

Struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub. Marqarita pizza

Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.

Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHIM
    BƏS ALMA YIĞAN NİYƏ İŞİNİ İTİRMƏDİ? GÖRÜNÜR ARXASI GÜCLÜDÜR.
    3 months ago